ELDAR ŞAMI HAQQINDA MƏLUMAT
Eldar şamı (lat. Pinus eldarica) – ağac növü.’
Eldar şamı Azərbaycanın III dövr relikt bitkisi olub, təbii halda yalnız Eldar düzünün qərb hissəsində Qabırrı çayının sağ sahilində eləcə də Gəncədə Ellər oyuğunda yayılmış nadir ağac növü. 2004-cü ildə 2000 ha.-ya yaxın eldar şamı sahəsini Göy-göl qoruğundan ayıraraq müstəqil Eldar Şamı Qoruğu yaradılmışdır. Eldar şamını digər şamlardan fərqləndirən əsas xüsusiyyəti bu şam ağacında qozalar yuxarı və ya yana doğru inkişaf edir. Çiçəkləmə vaxtı Eldar şamını daha yaxşı fərqləndirmək olur, belə ki, onun erkəkcikləri digər şamların erkəkciklərindən iki dəfə böyük olur.
Hündürlüyü 20 m-ə çatır, düz gövdəli və geniş çətirlidir. İynəyarpaqlarında C vitamini və karotin var. Oduncağından skipidar, kanifol və s. alınır. Gövdəsi yaxşı tikinti materialıdır.
Bəzi alimlərə görə, bu daha quru iqlimə dözümlü, Gürcüstan və Azərbaycanda bitət ağac Pinus brutia ağacın bir altnövüdür.
Eldar şamının xalq təsərrüfatında böyük əhəmiyyəti vardır. Hər şeydən əvvəl bir çox digər növ şamların bitmədiyi rayonlarda yaşıllaşdırma məqsədi ilə istifadə olunur.[1]